Huseyn Mehdiyev
Rejissor, ssenarist, kinooperator

     19.03.1945 ildə Azərbaycanın Şəki ş. anadan olub. 1972-1977 illərdə Moskvanın Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1977-ci ildən «Azərbaycanfilm» kinostudiyasında quruluşçu-operator, 1984-ci ildən isə quruluşçu rejissor kimi fəaliyyət göstərir. Onun filmləri bir çox Beynəlxalq Kino Festivallarda iştrak edib (Berlin, Madrid, Moskva, Ankara, İtaliya, Taşkənd, Vankuver, Cair və s.). 1993-2001 illərdə «Azərkinovideo» İB-nin Baş direktor müavini, 1999-cu ildən isə Azərbaycan Kinorejissorlar Gildiyası Bürosunun Sədri vəzifəsində çalışır. Hüseyn Mehdiyev Beynəlxalq Festivallar Lauriatıdır və Azərbaycanın Əməkdar İnjəsənət Xadimi adına layiq görülmüşdür.

         Filmoqrafiya:


1978 Dissonans - kinooperator (sən.)
1980 Təkcə adanı özünlə apara bilməzsən - operator
1981 Babamın, babasının, babası - operator
1982 İşgüzar səfər - operator
1984 Qoca palıdın nağılı - rejissor
1985 Şəhərli biçinçilər - rejissor və operator
1986 Qəm pənjərəsi - operator
1988 Süd dişinin ağrısı - rejissor
1990 Şahid qız - rejissor, ssenarist
1992 Səhnədə keçmiş ömür – rejissor (sənədli)
1993 Dostuma məktub - rejissor (sən.)
1994 Udin xalqı - rejissor, ssenarist (sən.)
1996 Özgə vaxt – rejissor, ssenarist
2004 Məkanın melodiyası - rejissor, ssenarist